Bakı. 11 yanvar. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri Sığortaedənlərlə İş üzrə Departamenti “Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report” xəbər verir ki, DSMF-nun departamenti məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.
Qərardan narazı qalan zavod apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.