Dövlət Yol Polisinin əməkdaşları ötən il 3 avtomat silahı aşkar edərək götürüblər

Dövlət Yol Polisinin əməkdaşları ötən il 3 avtomat silahı aşkar edərək götürüblər Axtarışda olan 19 nəfər yaxalanıb
Hadisə
16 Yanvar , 2016 16:50
Dövlət Yol Polisinin əməkdaşları ötən il 3 avtomat silahı aşkar edərək götürüblər

Bakı. 16 yanvar. REPORT.AZ/ Dövlət Yol Polisinin əməkdaşları ötən il 3 avtomat aşkar edərək götürüblər. 

"Report" xəbər verir ki, bunu 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

Onun sözlərinə görə, Dövlət Yol Polisinin əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində 10 avtomat darağı, 389 müxtəlif kalibrli döyüş patronu, 3 tüfəng, 2 əl qumbarası aşkar edilərək istintaq orqanlarına təhvil verilib, axtarışda olan 19 nəfər yaxalanıb, polisin digər xidmətləri ilə birgə 79 kiloqramdan çox narkotik vasitə götürülüb.

Son xəbərlər

Orphus sistemi