DİN: "Sosial şəbəkədə yayılmış foto Azərbaycanda çəkilməyib"

Hadisə
  • 17 may, 2023
  • 07:12
DİN: Sosial şəbəkədə yayılmış foto Azərbaycanda çəkilməyib

"Sosial şəbəkədə yayılmış foto Azərbaycanda çəkilməyib".

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalarla məlum olub ki, fotoşəkil 2 gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə dəmir yolunun üzərində hasar tikilməsini özündə əks etdirən foto yayılmışdı.