Daxili İşlər Nazirliyi Qax rayonunda baş verən qətllə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Report”un Şimal-qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, hazırda 17 yaşlı qızın qətlində şübhəli bilinən şəxs və şəxslər axtarılır.
Mahir Məsimov əlavə edib ki, dünən saat 19 radələrində 2005-ci il təvəllüdlü A. Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
“Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib, hazırda hadisəni törədən şəxs və yaxud şəxslərin tutularaq istintaqa təhvil verilmələri istiqamətində əməliyyat - istintaq tədbirləri davam etdirilir”.