DİN deputatın qohumunun saxlanılması ilə bağlı iddialara münasibət bildirib

DİN deputatın qohumunun saxlanılması ilə bağlı iddialara münasibət bildirib Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.
Hadisə
11 Noyabr , 2021 13:42
DİN deputatın qohumunun saxlanılması ilə bağlı iddialara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılması iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı nazirlikdə məlumat yoxdur.

“Bu iddiaların təfərrüatından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Kimdən, nədən bəhs edildiyi bilinmir”, - o vurğulayıb.

Qeyd edək ki, deputat T.Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birinin polis tərəfindən saxlanılaraq yoxlanıldığını deyib.

Son xəbərlər

Orphus sistemi