Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb
Hadisə
- 23 mart, 2023
- 05:24
Martın 22-də Abşeron rayonu ərazisində qəza nəticəsində həyat yoldaşını itirən, özü isə yüngül xəsarət alan Əməkdar artist Dilarə Əliyeva müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə “Report”a D.Əliyevanın qardaşı Vüsal Murtuzəliyev məlumat verib.
O bildirib ki, D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vida və dəfn mərasimində iştirak edə biləcək.
Xatırladaq ki, mərhum bu gün torpağa tapşırılacaq.
Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev vəfat edib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Son xəbərlər
23:05
BMT Baş katibi beynəlxalq elmi panel haqqında: Əsas məqsəd süni intellektin iqtisadiyyata təsirini araşdırmaqdır
Digər ölkələr22:53
Azərbaycanın qadın güləşçiləri Xorvatiyada reytinq turnirində iştirak edirlər
Fərdi22:49
Zelenski: Yaxın vaxtlarda Rusiya ilə əsir mübadiləsi gözlənilir
Digər ölkələr22:38
Fransa 42 milyard avro dəyərində müdafiə satınalmaları planlaşdırır
Digər ölkələr22:25
Foto
Güləş üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib
Fərdi22:23
"Fox": Trampa sui-qəsd cəhdində təqsirli bilinən şəxs ömürlük azadlıqdan məhrum edilib
Digər ölkələr22:04
Foto
Bir sıra yollarda sürət həddi endirilib, "sürüşkən yol" işarəsi aktivləşdirilib
İnfrastruktur22:01
Rəşad Sadıqov: "Sumqayıt"la oyunda dominantlıq edən tərəf biz idik"
Futbol21:55