DİN Qaxda 2 nəfərin öldüyü, 9 nəfər yaralandığı yol qəzası barədə məlumat yayıb
Hadisə
- 30 iyun, 2018
- 08:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Qax rayonunun Tanqıt kəndi ərazisində 2 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
"Report" DİN-in saytına istinadən xəbər verir ki, iyunun 29-da saat 10 radələrində Qax rayonunun Tanqıt kəndi ərazisində Zaqatala rayon sakini İlkin Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Qaratala kənd sakini Fəxri Məmmədlinin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.
Daha sonra “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə İ.Əliyev hadisə yerində ölüb, 3 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Rəhilə Mikayılova orada dünyasını dəyişib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
05:42
Mançesterdə reperin konserti gözyaşardıcı qaz səbəbindən yarımçıq dayandırılıb
Digər ölkələr
05:13
İstanbul küçələrində gəzən aslan aşkarlanıb
Region
04:49
Rusiyanın Ukraynaya növbəti hücumunda 6 nəfər ölüb
Digər ölkələr
04:12
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
Futbol
03:38
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
Digər ölkələr
03:07
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Digər ölkələr
02:40
Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
Futbol
02:14
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
Digər ölkələr
01:50
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
Ekologiya