DİN: Ötən gün 115 cinayət hadisəsi törədilib

Hadisə
  • 14 fevral, 2018
  • 04:30
DİN: Ötən gün 115 cinayət hadisəsi törədilib

Bakı. 14 fevral. REPORT.AZ/ Ötən gün daxili işlər orqanları tərəfindən 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həmçinin axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.