DİN meyxana ustası Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb

DİN meyxana ustası Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
1812
23 Avqust , 2017 12:15
DİN meyxana ustası Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 23 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) meyxana ustası Bayram Kürdəxanılının avtomobillə vurularaq öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub.

Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi