DİN-ə “Sazz” internet şirkətinə bomba qoyulması barədə yalan məlumat daxil olub

DİN-ə “Sazz” internet şirkətinə bomba qoyulması barədə yalan məlumat daxil olub Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb
Hadisə
1 Noyabr , 2014 15:03
DİN-ə “Sazz” internet şirkətinə bomba qoyulması barədə yalan məlumat daxil olub
Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən internet şirkətinə partlayıcı qurğu yerləşdirilməsi haqda yalan məlumat verilib. “Report” Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, “Sazz” internet şirkətindən DİN-in “102” “Zəng Mərkəzi”nə Nəsimi rayonu ərazisində yerləşən baş ofisə zəng etmiş naməlum şəxsin “İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə məlumat daxil olub.

Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi