​DİN: Bakıda polisin geyim formasında olan şəxslər satıcılardan pul tələb edib

​DİN: Bakıda polisin geyim formasında olan şəxslər satıcılardan pul tələb edib Dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənib və həmin şəxslər saxlanılıblar
Hadisə
9 Dekabr , 2014 13:00
​DİN: Bakıda polisin geyim formasında olan şəxslər satıcılardan pul tələb edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Bakının Nizami rayonunda yerləşən "Göy bazarı" adlanan ərazidə polis geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.

Dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənib və həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirən qanuna zidd hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyən edilib.

Onların əməllərində Cinayət Məcəlləsinin (CM) 310-cu -"Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə" maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi