Yuxarı

Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi məhkəmə baxışına verilib

Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi məhkəmə baxışına verilib
Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edili

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Fərman Məmmədovun müdafiəsinə yeni vəkil Ağababa Rzayevin qoşulduğu elan olunub.

Daha sonra zərərçəkmiş Zaur Səfərovun nümayəndəsi vəsatət verib. O bildirib ki, istintaq dövründə müvəkkili pulu bacı-qardaş - Gülşən Mehdiyeva ilə Murad Mehdiyevə verdiyini deyib: "İstintaq düzgün araşdırılmayıb".

O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib.

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi