Deputat Çingiz Qənizadənin Qalib Salahzadəyə qarşı iddiası üzrə məhkəmənin vaxtı açıqlanıb

Deputat Çingiz Qənizadənin Qalib Salahzadəyə qarşı iddiası üzrə məhkəmənin vaxtı açıqlanıb İşə hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq
Hadisə
4 Oktyabr , 2017 20:05
Deputat Çingiz Qənizadənin Qalib Salahzadəyə qarşı iddiası üzrə məhkəmənin vaxtı açıqlanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı Çingiz Qənizadənin keçmiş həmkarı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrın 6-na təyin edilib. İşə hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib.

Son xəbərlər

Orphus sistemi