Dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub

Dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub Xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər
Hadisə
6 İyul , 2016 20:41
Dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Xəzər dənizində çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Səbail rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. 

Əməliyyat saat 15:20-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi