Bakı. 10 iyun. REPORT.AZ/ “Delta Group” MMC “Avia Servis” MMC-ni məhkəməyə verib.
"Report"un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müracət edən “Delta Group” MMC 23 min 360 manat məbləğində borcun tutulması barədə tələb irəli sürüb.
Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan “Avia Servis” MMC apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.