Dələduzluqda təqsirləndirilən bağça müdirinin məhkəməsində şahidlər ifadə verib

Dələduzluqda təqsirləndirilən bağça müdirinin məhkəməsində şahidlər ifadə verib Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Dekabr , 2018 17:37
Dələduzluqda təqsirləndirilən bağça müdirinin məhkəməsində şahidlər ifadə verib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zümrüd Əmrahova ifadə verib.

O bildirib ki, işə düzəlmək üçün bağçanın müdiri T.Bağırovaya 1500 manat pul verib, lakin verilən vədə əməl edilməyib. Z.Əmrahova pulunun geri qaytarılmasını tələb edib.

Daha sonra digər şahid Səbinə Həsənova dindirilib. O, təqsirləndirilən A.Əliyevaya işə düzəlmək adı ilə 1500 manat pul verdiyini söyləyib.

Şahid Nailə Əsgərova isə qeyd edib ki, 2 min manat borca pul alıb, bağça müdri T.Bağırovaya verib. O, ərinin xəstə olduğunu deyib: "Məhkəmədən xahiş edirəm, mənə kömək edin, təqsirləndirilən şəxs pulumu versin".

Məhkəmə zalında olan digər şahidlər təqsirləndirilən şəxslərə etiraz ediblər. Onlar vurğulayıblar ki, bağça rəhbərliyi yığılan pulların Təhsil Nazirliyində vəzifəli şəxsə çatacağını deyib.

Təqsirləndirilən A.Əliyeva isə deyilənlənləri təkzib edib. Onun sözlərinə görə, bu işdə başqa adam yoxdur: "Pulu biz almışıq, qaytaracağıq. Başqa adamı şərləmək olmaz".

Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin edilib.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.

Son xəbərlər

Orphus sistemi