Bakı. 28 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil İbrahimxəlil oğlu Musayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, K.Musayevin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, K.Musayev dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirli bilinib. İbtidai istintaq zamanı onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmə zamanı K.Musayev proseslərə gəlmədiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib. Nəticədə K.Musayev həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Musayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmən narazı qalan məhkum apellyasiya şikayəti verib.