Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Tağıyev və Tofiq Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Firkət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Tağıyev 10 il, T.Əliyev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən hər iki şəxs Bakı şəhər sakinlərinin etimadını qazanaraq onlardan külli miqdarda pul alaraq qaytarmayıb. Zərərçəkənlər məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.