Dələduzluq etməkdə təqsirləndirilən qadının istintaqı başa çatıb

Dələduzluq etməkdə təqsirləndirilən qadının istintaqı başa çatıb Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Gülnarə Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
1 Fevral , 2023 09:21
Dələduzluq etməkdə təqsirləndirilən qadının istintaqı başa çatıb

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Gülnarə Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Cinayət işi üzrə 6 zərərçəkmiş tanınır.

Qeyd edək ki, bir neçə il əvvəl Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Aytən Hafiz qızı Musayeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək 180 minlik dələduzluğa məruz qaldığını bildirib.

O, həmin pulları 2019-cu ilin dekabrnda G.Mirzəyevanın aldadaraq aldığını söyləyib.

Araşdırmalarla məlum olub ki, barəsində şikayət edilən şəxs G.Mirzəyeva qızıl alveri ilə mşğul olub. O, həmin pulu Aytən Musayevadan sələmə götürdüyünü deyib. Zərərçəkmiş isə sələmə pul verməsi iddiasını qəbul etməyib.

Daha sonra G.Mirzəyeva cinayət məsuliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi