Daşkəsəndə yük maşını çaya düşüb, yaralılar var

Daşkəsəndə yük maşını çaya düşüb, yaralılar var Daşkəsən. 24 may. REPORT.AZ/ Daşkəsən rayonunda yük maşını çaya düşüb, xəsarət alanlar var.
Hadisə
24 May , 2018 13:17
Daşkəsəndə yük maşını çaya düşüb, yaralılar var
0 : 00
0 : 00

Daşkəsən. 24 may. REPORT.AZ/ Daşkəsən rayonunda yük maşını çaya düşüb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində baş verib.

Belə ki, "QAZel" markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində Goranboy rayon sakinləri - 1972-ci il təvəllüdlü Siyavuş Sabir oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Ərəstun Həmid oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi