Daşkəsəndə süni göldə batan şəxsin meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
- 08 avqust, 2018
- 07:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkəsən. 7 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda süni göldə batan şəxsin meyiti sudan çıxarılıb.
"Report"un Qərb bürosu xəbər verir ki, süni göldə çimərkən boğulan Əmirvar kənd sakini, 1975-ci il təvəllüdlü Habil Əli oğlu İmamverdiyevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən batdığı yerdən çıxarılaraq ailəsinə təhvil verilib.
***10:03
Daşkəsən. 7 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda süni göldə boğulan şəxsin adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, bu, rayonun Əmirvar kənd sakini, 1975-ci il təvəllüdlü Habil Əli oğlu İmamverdiyevdir. Məlumata görə, o evdən çıxaraq süni gölə çimmək üçün gedib və geri qayıtmayıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***21:26
Daşkəsən. 7 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda bir nəfərin suda batdığı ehtimal edilir.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əmirvar kənd ərazisində bir nəfərin suda batdığı deyilir. Hazırda əraziyə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.