Yuxarı
    Bağlamaq

    Daşkəsəndə minik maşını yük avtomobili ilə toqquşub

    Daşkəsən. 16 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda avtomobil qəzası baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Shagman" markalı yük maşını ilə toqquşub. 

    Nəticədə minik maşınında olan iki nəfər, Şəmkir rayon Seyfəli kənd sakinləri, 1994-cü il təvəllüdlü Məmişov Nürəddin Mətləb oğlu və 1979-cu il təvəllüdlü Eynulla Məhəmmədəli oğlu Hüseynov xəsarət alıb. Hər ikisinə həkimlər tərəfindən ambulator yardım göstərilib və evə buraxılıb.

    Qəzaya düşmüş minik maşınına isə ciddi zərər dəyib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi