Daşkəsən rayonunun Bayan kəndində baş vermiş ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşması nəticəsində mikroavtobusun sürücüsü, 1985-ci il təvəllüdlü R.Verdiyev, həmçinin 1998-ci il təvəllüdlü E.Səttarzadə, 1967-ci il təvəllüdlü F.Allahverdiyev, 1993-cü il təvəllüdlü S.Məmmədov, 1989-cu il təvəllüdlü S.Kazımov, 1983-cü il təvəllüdlü N.Qurbanov, 1985-ci il təvəllüdlü A.Məmmədov, 1974-cü il təvəllüdlü V.Əliyev, 1991-ci il təvəllüdlü E.Vəliyev, 1987-ci il təvəllüdlü R.Əhmədov, 1980-ci il təvəllüdlü, K.Nipalıyeva, 1970-ci il təvəllüdlü A.Səfərov, 2011-ci il təvəllüdlü X.İsmayılova və 1966-cı il təvəllüdlü T.Pirqurban xəsarət alıblar.
Mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra su kanalına düşüb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər nəqliyyat vasitəsi "Toyota Corolla" markalı avtomobil olub. Avtomobilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.
Daşkəsən rayonunun Bayan kəndində şirkətlərdən birinə məxsus mikroavtobus aşıb, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, mikroavtobus rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.