Daşkəsəndə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1966-cı il təvəllüdlü Ş.Tağıyev, 1965-ci il təvəllüdlü H.Məmmədov, 1967-ci il təvəllüdlü D.Tağıyeva və 1986-cı il təvəllüdlü G.Aslanov xəsarət alıb.
Zərərçəkənlərin vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Quşçu kənd ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Quşçu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya aparılıb. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.