Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb

Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikilməsinin qarşısı alınıb
Hadisə
28 İyun , 2022 13:50
Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində vətəndaş Kərimov Kamil Elbrus oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-dən "Report"a verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi