Polis əməliyyatlar keçirib, daha 7 nəfərdən silah-sursat götürülüb

Polis əməliyyatlar keçirib, daha 7 nəfərdən silah-sursat götürülüb Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
161
10 Dekabr , 2021 10:34
Polis əməliyyatlar keçirib, daha 7 nəfərdən silah-sursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əldə edilən əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə dekabrın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.

Belə ki, polis əməkdaşları tərəfindən Lənkəran rayonunda Səpnəkəran kənd sakini F.Qənbərovdan, Goranboy rayonunda Hacallı kənd sakini S.Səfərovdan, Zərdab rayonunda Bıçaqçı kənd sakini H.Məmişovdan, Qəbələ rayonunda Əmirvan kənd sakini V.Yusifovdan, Yengicə kənd sakini F.Səmədovdan, Həmzəli kənd sakini A.Yusifzadədən, Ucar rayonunda rayon sakini, əvvəllər məhkum olunmuş N.Beydullayevdən, Şəmkir rayonunda Əliyaqublu kənd sakini Ş.Mustafayevdən qanunsuz saxladıqları müxtəlif markalı 9 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Goranboy, Şəki, Biləsuvar, Şəmkir və Quba rayonlarında 7 vətəndaş qanunsuz saxladıqları müxtəlif markalı 7 ədəd ov tüfəngini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.

Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi