Culfada 40 yaşlı kişi bacısını qətlə yetirməkdə şübhəli bilinir
Hadisə
- 25 iyun, 2024
- 03:43
İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası prokurorluğundan bildirilib.
Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.
Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Son xəbərlər
17:25
Azərbaycan və Türkiyə dəmir yolları arasında Anlaşma Memorandumu imzalanıb
İnfrastruktur17:22
"Turan Tovuz" futbolçusu ilə vidalaşıb
Futbol17:18
Sloveniyalı basketbolçu NBA-da klub rekorduna imza atıb
Komanda17:11
Səhiyyənin Təminat Mərkəzinin direktoru işdən çıxarılıb
Sağlamlıq17:04
Sabah bəzi rayonlarda güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB
Ekologiya17:03
Rusiyanın Odessaya hücumu nəticəsində iki nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr17:01
UFC-də bir döyüş şübhəli mərc səbəbindən ləğv edilib
Fərdi16:55
İtaliyanın Tehrandakı səfiri Sepaha görə İran XİN-ə çağırılıb
Region16:53
Foto