DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Hadisə
28 Avqust , 2019 10:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin də açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi