Cənubi-Muğan kanalında tapılan meyitin Mingəçevir sakininə aid olduğu təsdiqlənib

Hadisə
  • 12 aprel, 2023
  • 06:51
Cənubi-Muğan kanalında tapılan meyitin Mingəçevir sakininə aid olduğu təsdiqlənib

Biləsuvar rayonunda Cənubi-Muğan kanalında tapılan qadın meyitinin Mingəçevir sakininə məxsus olduğu təsdiqlənib.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, meyitin 1956-ci il təvəllüdlü Zeynəb Səbzəliyeva aid olduğu müəyyənləşib.

Araşdırmalar nəticəsində Z.Səbzəliyevanın keçən ilin avqust ayında Yuxarı Qarabağ kanalında batdığı məlum olub.

Meyit mərhumun ailəsinə təhvil veriləcək.

44 - Tezliklə