Yuxarı
    Bağlamaq

    Cəlilabadda yol qəzası nəticəsində biri məktəb direktoru olmaqla 2 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB-2

    Hadisə axşam saatlarında baş verib

    Cəlilabad. 19 fevral. REPORT.AZ/ Cəliabadda yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

    "Report"un Aran bürosu xəbər verir ki, bunlar, Ocaqlı kənd tam orta məktəbinin direktoru Mirəhməd Ağayev və Ocaqlı kənd sakini Şakir Babayevdir.

    ***17:41

    Axşam saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar və Qarazəncir kəndləri arasındakı hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki,qəza kiçik tutumlu yük maşını ilə “BMW” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

    İlkin məlumata görə, “BMW”nin sürücüsü və salondakı sərnişin hadisə yerində ölüb. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Yaralılardan biri Sabirabad rayonu, Surra kənd sakini, 25 yaşlı Yunis Yusif oğlu Əsgərovdur.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi