Cəlilabadda vurduğu piyadanı öz avtomobili ilə xəstəxanaya aparan sürücü yolda qəza törədib

Cəlilabadda vurduğu piyadanı öz avtomobili ilə xəstəxanaya aparan sürücü yolda qəza törədib Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyul , 2019 17:11
Cəlilabadda vurduğu piyadanı öz avtomobili ilə xəstəxanaya aparan sürücü yolda qəza törədib

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan avtomobil rayonun Uzuntəpə kənd sakini, 2013-cü il təvəllüdlü Fərid Laçın oğlu Quliyevi vurub. Sürücü azyaşlı yaralını öz avtomobili ilə xəstəxanaya aparan zaman yolda daha bir qəza törədib. O, idarə etdiyi avtomobillə həmin yolda hərəkətdə olan motosikletə çırpılıb. Motosikletin sürücüsü, rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Tarverdi oğlu Hüseynov qəza zamanı ağır bədən xəsarətləri alıb. Hər iki yaralı digər avtomobillə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi