Cəlilabadda sərxoş sürücü həbs edildi

Cəlilabadda sərxoş sürücü həbs edildi Cəlilabadda sərxoş sürücü saxlanılıb.
Hadisə
2097
25 İyul , 2020 13:37
Cəlilabadda sərxoş sürücü həbs edildi

Cəlilabad rayonunda sərxoş sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib. Onun barəsində toplanmış materiallar Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi