Cəlilabadda qəzalı işıq dirəyi aşaraq yanğına səbəb olub
Hadisə
- 27 iyun, 2023
- 16:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda işıq dirəyinin aşması nəticəsində yanğın olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.
Belə ki, uzun müddətdir qəzalı vəziyyətdə olan işıq dirəyi aşıb, nəticədə elektrik naqillərində yaranmış qığılcımlar ətrafa səpələnib.
Bu zaman biçilmiş əkin sahələrində yanğın başlayıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası tərəfindən yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:57
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Maliyyə17:55
Foto
XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində caz proqramı nümayiş olunub
Mədəniyyət siyasəti17:55
Dünya Bankı ADY-yə tarif islahatlarını davam etdirməyi tövsiyə edir
İnfrastruktur17:54
Foto
Azərbaycan komandası Gürcüstanda xeyriyyə qaçışında iştirak edib
Komanda17:52
Vüqar Rəhimzadə: "Azərbaycan regionun ən cəlbedici investisiya məkanlarından biridir"
Biznes17:48
Dünya Bankı: Ələt limanı Azərbaycanı regionda yük konsolidasiyasının mərkəzi qovşağına çevirəcək
İnfrastruktur17:47
"Sumqayıt" klubu amerikalı basketbolçu transfer edib
Komanda17:41
"Murov Az Terminal" Asiyat Abuyevanı heyətinə qatıb
Futbol17:36