Cəlilabadda avtomobilin vurduğu qardaşlardan biri ölüb, sürücü saxlanılıb - YENİLƏNİB

Cəlilabadda avtomobilin vurduğu qardaşlardan biri ölüb, sürücü saxlanılıb - YENİLƏNİB Cəlilabad rayonunda avtomobilin vurduğu iki qardaşdan biri - rayonun Kazımabad kənd sakini, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu vəfat edib. "Report"un Muğan bürosu xəbər verir ki, o, müalicə aldığı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında
Hadisə
21 Noyabr , 2022 10:22
Cəlilabadda avtomobilin vurduğu qardaşlardan biri ölüb, sürücü saxlanılıb - YENİLƏNİB

Cəlilabad rayonunda idarəetdiyi avtomobillə iki qardaşı vuran sürücü saxlanılıb.

Bu barədə "Report"un Muğan bürosuna DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Belə ki, noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F. Əmirov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri, Gündüz Kərimov və qardaşı O. Kərimovu vurub.

Hər iki şəxs xəstəxanaya çatdırılsa da G.Kərimov aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Sürücü F. Əmirov isə saxlanılıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

09.19

Cəlilabad rayonunda avtomobilin vurduğu iki qardaşdan biri - 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu vəfat edib.

"Report"un Muğan bürosu xəbər verir ki, o, müalicə aldığı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, yol qəzası ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən rayonun Kazımabad kənd sakinləri, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və 1990-cı il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili vurub. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi