Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB-2

Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB-2 Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə
6 Dekabr , 2023 20:03
Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB-2

Cəlilabad rayonunda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Fəxrəddin Fərəcovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Adil Abbasovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Daha sonra sürücü A.Abbasov da xəsarət aldığından xəstəxanaya müraciət edib.

Bununla da yol qəzasında yaralı sayı 5-ə çatıb.

18:49

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, onların hamısı Cəlilabad rayon sakinləridir.

Xəsarət alanlar - 1962-ci il təvəllüdlü Fəxrəddin Fərəcov, 1990-cı il təvəllüdlü Aygül Əliyeva, 1982-ci il təvəllüdlü Seymur Əliyev və 2017-ci il təvəllüdlü Seyidağa Əliyevdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:23

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Abışabad kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi