Cəlilabadda baş verən qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB-2

Cəlilabadda baş verən qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB-2 Cəlilabad rayonunda qadın meyiti aşkar olunub.
Hadisə
20 Noyabr , 2022 18:52
Cəlilabadda baş verən qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB-2

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Əliyeva 5 gün öncə itkin düşüb. Mərhumun meyiti bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndi ərazisində hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Məlum olub ki, o, qətlə yetirilərək meyiti kənddəki əkin sahələrindən birində basdırılıb. Meyit müayinə olunduqdan sonra adiyyatı üzrə təhvil verilib.

Kənd sakinlərinin sözlərinə görə, mərhum Xalidə Əliyevanın​ son günlər bir yerdə yaşadığı qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyev
və onun həyat yoldaşı ilə mülk üstündə mübahisələri yaranıb. Hətta o, bununla bağlı 1 ay öncə polisə şikayət ərizəsi ilə müraciət də edib.

Qeyd edək ki, Cəlilabad rayon prokurorluğu hadisə ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Cəlilabad prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib.

İş üzrə istintaq davam edir.

15:15

Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Bu barədə "Report"a Cəlilabad prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.

14:11

Cəlilabad rayonunda qadın meyiti aşkar olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, meyit rayonun Sabirabad kəndində, açıq ərazidə tapılıb.

İlkin ehtimala görə, meyit bir müddət öncə itkin düşmüş 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsusdur. Onun qətlə yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi