Yuxarı

​Cəlilabadda 50 başdan çox at oğurlanıb - FOTO

Faktla bağlı saxlanılan olmasa da artıq şübhəli şəxslər müəyyən edilib

Bakı. 11 aprel. REPORT. AZ /Cəlilabad rayonunda kəndlilərə məxsus atlar kütləvi olaraq otlaq sahəsindən oğurlanıb. “Report”un məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində baş verib. Kənd sakinləri bildirib ki, gündüzlər atları təsərrüfat işlərinə cəlb edirlər, axşamlar isə onları otlamaq üçün yaxınlıqdakı örüş sahəsinə buraxıblar. Səhər axtarsalar da kəndlilər atlarını örüşdə tapa bilməyiblər.

Ümumilikdə bir neçə gün ərzində Soyuqbulaq kəndindən müxtəlif şəxslərə məxsus 50 başdan yuxarı at oğurlanıb. Kəndlilərin sözlərinə görə, heyvanların kütləvi oğurlanmısı oğruların bir yox, bir neçə nəfər olduğunu deməyə əsas verir.

Məsələ ilə bağlı kənd sakinləri polisə məlumat veriblər. Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ)  "Report"a bildirilib ki, hadisə ilə bağlı saxlanılan olmasa da artıq şübhəli şəxslər müəyyən edilib. 
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi