Cəlilabad rayonunda qadını ilan sancıb - FOTO

Cəlilabad rayonunda qadını ilan sancıb - FOTO Hadisə tövlədə baş verib
Hadisə
21 Yanvar , 2018 17:32
Cəlilabad rayonunda qadını ilan sancıb - FOTO
Report

Cəlilabad. 21 yanvar. REPORT.AZ/ Qışın oğlan çağında Cəlilabad rayonunun Hacıcavad kəndində ilansancma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istərkən bağlamanın arasında olan ilan onun sol əl nahiyəsindən sancıb.

Zərərçəkmişin sözlərinə görə, o, əvvəlcə bunun arı olduğunu düşünüb. Lakin sonradan ot bağlamasının arasında ilanı görüb. Qadın yaxınları tərəfindən kənd məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub.

Hazırda xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Son xəbərlər

Orphus sistemi