Sumqayıt şəhərində qətl hadisəsi baş verib. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayev iş yoldaşları ilə qəsəbədə yeyib içdikdən sonra münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.
B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb.
Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.