Cəbrayılda 21 kq-dan artıq narkotik, həb və tapança aşkarlanıb

Cəbrayılda 21 kq-dan artıq narkotik, həb və tapança aşkarlanıb Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Hadisə
29 Mart , 2022 15:16
Cəbrayılda 21 kq-dan artıq narkotik, həb və tapança aşkarlanıb

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, Cəbrayıl RPŞ-nin əməkdaşlarının rayonun Karxulu kəndində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tural Əliyev, İlham Baxşalıyev, Elbrus Süleymanov və borca görə də axtarışda olan Valeh Nəzərov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 17 kiloqram 500 qrama yaxın marixuana, 2 kiloqram 300 qram heroin, 1 kiloqram 300 qram metamfetamin və 1 700 ədəd metadon həbləri aşkar edilərək götürülüb. Həmçinin V.Nəzərova məxsus 1 ədəd “TT” markalı tapança və 8 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi