Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi məhkəməyə göndərilib

Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi məhkəməyə göndərilib İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Hadisə
169
19 İyul , 2016 20:03
Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə külli miqdarda ziyan vurulması faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupundan məlumat verilib.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 19 iyul 2016-cı il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi