Buzovnada 46 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 28 iyun, 2023
  • 04:21
Buzovnada 46 yaşlı kişini avtomobil vurub

Bakının Xəzər rayonunda yol qəzası zamanı piyada ağır xəsarət alıb.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü İsrafilov İlqar Vuqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.