Bu il Naxçıvan Baş Gömrük İdarəsi 500-dən çox hüquqpozma faktı aşkar edib
Hadisə
- 27 iyul, 2023
- 12:02
Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 513 hüquqpozma faktı aşkar edilib.
Naxçıvan Baş Gömrük İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, aşkar edilən faktlardan 40-ı cinayət xarakterlidir və bunların 26-sı narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı olub.
Narkotik qaçaqmalçılığı faktları üzrə, ümumilikdə 568,5 kq heroin, 139 qram həşiş qətranı, 47 qram marixuana, 26 qram tiryək, 11 qram psixotrop maddələr, 110 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Bu ilin 6 ayı ərzində 473 inzibati xarakterli hüquqpozma faktı aşkar edilb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 372 fakt çoxdur.
Son xəbərlər
06:15
ABŞ Fars körfəzində gəmilərin sığortalanması üçün proqram həyata keçirəcək
Digər ölkələr05:42
Səudiyyə Ərəbistanının HHQ ən böyük neft yatağı yaxınlığında dronu vurub
Digər ölkələr05:06
SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib
Region04:38
Skott Bessent: ABŞ İrana qarşı ən böyük bombardman kampaniyasına hazırlaşır
Digər ölkələr04:22
Serbiya 262 vətəndaşını BƏƏ-dən təxliyə edib
Digər ölkələr03:56
Küveyt İranın atdığı 14 raketi zərərsizləşdirdiyini bildirib
Digər ölkələr03:42
Video
Qərbi Azərbaycan Xronikası: Ermənilər Qüytulu, Avan, Əkərək, Qaracalar kəndlərini xarabalığa çeviriblər
Daxili siyasət03:13
ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib
Region02:39