Bu il narkotikə görə cinayət məsuliyyətinə cəlb edilənlərin 26-sı qadındır

Bu il narkotikə görə cinayət məsuliyyətinə cəlb edilənlərin 26-sı qadındır 2021-ci ilin 3 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib
Hadisə
16 May , 2021 17:11
Bu il narkotikə görə cinayət məsuliyyətinə cəlb edilənlərin 26-sı qadındır

2021-ci ilin 3 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir.

Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran İslam Respublikası, 3-ü Gürcüstan, 2-si Türkiyə, 2-si Ukrayna və 1-i Rusiya vətəndaşı olub.

Son xəbərlər

Orphus sistemi