Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda baş verən zəlzələlərdən 14-ü hiss olunub - RƏSMİ

    “Cari ilin ötən dövrü ərzində Azərbaycan ərazisində 3603 zəlzələ qeydə alınıb”

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin ötən dövrü ərzində Azərbaycan ərazisində 3603 zəlzələ qeydə alınıb.

    Bu barədə “Report”a açıqlamasında Respublika Seysmik Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun rəisi Səidə İsmayılova məlumat verib.

    Büro rəisinin sözlərinə görə, bu müddətdə ölkədə maqnitudası 3-dən böyük olan 74 zəlzələ olub: “Onların 14-ü hiss olunub”.

    S.İsmayılova bildirib ki, 2016-cı ildə Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 6463 zəlzələ baş verib: “Bu il Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələrin 40 faizindən çoxunun dərinliyi 10 və 20 km arasında dəyişir. 2016-cı ilin ötən dövrü ərzində bölgədə dərinliyi 10 və 20 km arasında dəyişən 2175 zəlzələ qeydə alınıb”.

    S.İsmayılova 2016-cı ildə Azərbaycan və ona bitişik ərazilərdə seysmik aktiv olan zonaların adını açıqlayaraq bildirib ki, bu il ərzində Pirqulu, Lənkəran, Lerik, Astara, Ordubad, Naxçıvan əraziləri seysmik cəhətdən aktiv olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi