Əfv Komissiyasının iclası olub, baxılan müraciətlərin sayı 400-ü keçib
- 12 mart, 2025
- 17:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.
Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, bugünkü iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb:
"Təxminən 100-ə yaxın müraciətə baxılaraq səsvermə əsasında qərarlar qəbul edilib. Komissiya bundan sonra işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".
Qeyd edək ki, bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.
10:42
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu il komissiyanın üçüncü iclası baş tutub və 300-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.