Avstriyada “Bozqurd” işarəsinə görə azərbaycanlı sürücü işdən çıxarıldı - VİDEO

Avstriyada “Bozqurd” işarəsinə görə azərbaycanlı sürücü işdən çıxarıldı - VİDEO Avstriyada “Bozqurd” işarəsi tutaraq “Facebook”da canlı yayım edən avtobus sürücüləri işdən çıxarılıb.
Hadisə
4 Fevral , 2020 12:08
Avstriyada “Bozqurd” işarəsinə görə azərbaycanlı sürücü işdən çıxarıldı - VİDEO

Avstriyada “Bozqurd” işarəsi tutaraq “Facebook”da canlı yayım edən avtobus sürücüləri işdən çıxarılıb.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Vyana şəhər xətləri” nəqliyyat şirkətinin sözcüsü Kristof Heşmatpor deyib.

O bildirib ki, şirkətin avtobus parkında qeydə alınan görüntülərdə 4 sürücünün “Facebook”da canlı yayım etdiyi əsnada “Bozqurd” işarəsi tutaraq görüntülənməsindən sonra, həmin şəxslər barəsində araşdırma aparılıb və onların işinə son verilib. K.Heşmatpor “Bozqurd” işarəsi tutmayan, ancaq videoda görüntülənən sürücülər barəsində də müvafiq araşdırmanın aparılacağını söyləyib.

“Report”un əldə etdiyi məlumata görə, işdən çıxarılanlardan biri Azərbaycan vətəndaşıdır. 

“Report”un Avropa bürosu bununla bağlı “Vyana şəhər xətləri” şirkətinə informasiya sorğusu göndərib. Şirkətin mətbuat xidmətinin əməkdaşı Katrin Liner şəxslər barədə məlumatların qorunması səbəbindən bu barədə informasiya verə bilməyəcəklərini bildirib.

Məlumat üçün qeyd edək ki, Avstriyada keçən ilin mart ayında aralarında “Bozqurd” işarəsinin də olduğu bəzi simvollar qadağan edilib. Səbəb kimi isə həmin işarətlərin "radikal milliyətçiliyi və faşizmi simvolizə etməsi" göstərilib. Qanuna riayət etməyən şəxsləri 4 min avro cərimə və bir ay həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi