Borca görə adam öldürən şəxsə hökm oxunub

Borca görə adam öldürən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səməd Pənahovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
24 Aprel , 2019 17:18
Borca görə adam öldürən şəxsə hökm oxunub
Report
0 : 00
0 : 00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səməd Pənahovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Pənahov tanışları İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi isə R.Xankişiyevin İ.Abdullayevə borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub.

Məlum olub ki, İ.Abdullayev R.Xankişiyevə 40 manata elektroşok satıb. R.Xankişiyev 25 manatını ödəyib və qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən tərəflər arasında söz-söhbət yaranıb. Daha sonra dava düşüb, S.Pənahov R.Xankişiyevi idman fəndi ilə yerə yıxıb, onun başı asfalta çırpılıb və ağır xəsarət alıb. Bir neçə saat sonra isə R.Xankişiyev dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi