Bölgələrdə karantin rejimini pozanlar cərimələndilər

Bölgələrdə karantin rejimini pozanlar cərimələndilər Ağsu və Kürdəmir rayonlarının polis şöbələrinin əməkdaşları karantin rejimini pozanlara qarşı reydlər həyata keçirib.
Hadisə
21 Aprel , 2020 05:41
Bölgələrdə karantin rejimini pozanlar cərimələndilər

Ağsu və Kürdəmir rayonlarının polis şöbələrinin əməkdaşları karantin rejimini pozanlara qarşı reydlər həyata keçirib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, ötən gün ərzində Ağsuda 10 nəfər, Kürdəmirdə isə 21 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100-200 manat məbləğində inzibatı cərimə tətbiq olunub.

Hər iki rayonda polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi