Bakı Nəqliyyat Agentliyi avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildirib
Hadisə
- 05 dekabr, 2019
- 06:51
Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır.
Qurumun mətbuat katibi Mais Ağayev “Report”a bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.
Hadisə ilə bağlı onda izahat tələb olunub.
“Ümumiyyətlə, bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii ki, hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək”,- M.Ağayev qeyd edib.
Son xəbərlər
03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4
Futbol03:00
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
Xarici siyasət02:30
Putin və Trampın söhbətinin təfərrüatları açıqlanıb
Region01:58
Filadelfiyada ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə zaman kapsulu basdırılıb
Mədəniyyət siyasəti01:31
Televiziya rəhbərləri: "Baku TV" reytinqlərdə birinci yerdədir
Media01:10
Zelenski ilə Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər
Digər ölkələr00:39
Cesse Marş: "Uzun müddətdir məğlub olmayan güclü Mərakeşə qarşı sonadək müqavimət göstərdik"
Futbol00:37
Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır
Media00:23